Baş Qərargah rəisi Qazaxıstanda "Altın Kıran - 2024" təliminin taktiki epizodunu izləyib - FOTO
Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gəlib.
Bu barədə Far.Az-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.
Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edilib ki, "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Far.AzOxşar xəbərlər
Baş Qərargah rəisi Qazaxıstanda "Altın Kıran - 2024" təliminin taktiki epizodunu izləyib
Baş Qərargah rəisi Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini izləyib
"Altın Kıran - 2024" beynəlxalq taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib - FOTO
Azərbaycan və Qazaxıstan hərbçiləri qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsini məşq edəcəklər
Azərbaycan-Qazaxıstan birgə təlimində kəşfiyyat tapşırıqları icra edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib


























