Azərbaycan-Qazaxıstan birgə təlimində kəşfiyyat tapşırıqları icra edilib
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi davam edir.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ssenariyə əsasən, döyüş tapşırığı alan bölmə komandirləri qəbul edilmiş qərarı təlim rəhbərliyinin qərargahına məruzə etdikdən sonra kəşfiyyat tapşırıqlarını icra ediblər.
Təlimdə 25 kilometr məsafədə seçilmiş travers üzrə hərəkət edən bölmələr dağlıq ərazidə gizlənən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqlarını müəyyənləşdirərək basqın edib. Qanunsuz silahlıların avtomobil texnikası kolonlarının pusquya salınması və canlı qüvvəsinin məhv edilməsinə, eləcə də qarşıya çıxan digər qəfil tapşırıqların müvəffəqiyyətlə yerinə yetiriliməsinə nail olunub.
"Altın Kıran - 2024" təlimində əsas diqqət Azərbaycan-Qazaxıstan hərbi qulluqçularının qarşılıqlı əlaqədə birgə fəaliyyətinin təşkilinə, kəşfiyyat bölmələrinin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, dağlıq və səhra ərazilərində maskalanma bacarıqlarının artırılmasına, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azərbaycan və Qazaxıstan hərbçiləri qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsini məşq edəcəklər
"Altın Kıran - 2024" beynəlxalq taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib - FOTO
Azərbaycan-Qazaxıstan birgə taktiki-xüsusi təlimi keçirilir
Azərbaycan-Qazaxıstan birgə təliminin açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













