Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanlar baş tutacaq
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə “Report”a DİM-dən bildirilib.
BB vəzifə altqrupu üzrə test imtahanı
BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq.
İmtahanda iştirak üçün 812 namizəd qeydiyyatdan keçib.
Namizədlər daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
İmtahanın keçirilməsi üçün 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.
Oxşar xəbərlər
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM bu gün dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirəcək
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib - YENİLƏNİB
Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"













