ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb
Far.Az xəbər saytı

ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb


ABŞ-nin Corciya və Kentukki ştatlarında yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə CNN televiziya şirkəti məlumat yayıb.

Təbii fəlakət nəticəsində 8 nəfər Kentukki, 1 nəfər Corciya ştatında həlak olub.

Son 24 saat ərzində təcili yardım xidmətləri 1000-dən çox insanı xilas edə bilib.

Kentukki qubernatoru Endi Beşir leysan yağışlarının ştatın son on ildə gördüyü ən ağır hava hadisələrindən biri adlandırıb.

Kentukki ştatının bir neçə yerində suyun səviyyəsi rekord həddə çatıb və yerli hakimiyyət orqanları 300-dən çox yerdə yolları bağlamaq məcburiyyətində qalıb. “PowerOutage” monitorinq resursuna görə, ştatda 30 minə yaxın istehlakçı işıqsız qalıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Arzular ölkəsi"nin arzuolunmaz üzü - Hindistan çirkab içində - ANALİZ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər