İntizam pozuntularına görə 3 vəkilə töhmət verilib,  1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
Far.Az xəbər saytı

İntizam pozuntularına görə 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb


Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclas gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb. Rəyasət heyəti tərəfindən müsbət qərar verilib və ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad edilməsi məsələlərinə baxılıb, habelə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunda keçirilən monitorinqin nəticəsi elan olunub və müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda “Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” müzakirə edilib, il ərzində bir sıra tədbirlərin keçirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 3 vəkilə irad bildirilib və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Oxşar xəbərlər

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
4 vəkilə töhmət verildi
İntizam pozuntularına yol verən iki vəkillə bağlı məhkəməyə müraciət edilib
İntizam pozuntularına yol verən üç vəkil cəzalandırılıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər