Stef Qoris: Təşəbbüslərimiz Azərbaycan və Belçikanın diplomatik nümayəndəlikləri tərəfindən dəstəklənir
Azərbaycanın Brüsseldəki Səfirliyi Belçika-Azərbaycan Ticarət Palatasının – “Belgazercom” təşəbbüslərini fəal şəkildə dəstəkləyir.
Bunu "Far.Az"a müsahibəsində Palatanın təsisçisi və sədri Stef Qoris deyib.
O qeyd edib ki, Palata hər iki diplomatik nümayəndəlik - həm Azərbaycanın Belçikadakı, həm də Belçikanın Azərbaycandakı səfirlikləri ilə yaxşı əlaqələr qurub.
"Qeyd edim ki, səfir Vaqif Sadıxovla əla münasibətlərimiz var və Azərbaycanın Belçikadakı Səfirliyi təşəbbüsümüzü fəal şəkildə dəstəkləyir. Eyni şey Belçikanın Bakıdakı Səfirliyinə də aiddir, dünən bizim diplomatik missiyanın rəhbəri Julien de Frepon ilə görüşümüz olub", - Qoris deyib.
Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin dəstəyi Palatanın fəaliyyəti üçün son dərəcə vacibdir.
"Həm hökumətlərin, həm də səfirliklərin dəstəyini hiss etmək çox xoşdur. Bununla belə, bir daha qeyd etmək lazımdır ki, biz tamamilə neytral qurumuq. Təşkilatımız qeyri-kommersiya qurumudur, üzvlərimiz yalnız sahibkarlardan ibarətdir, nə siyasətçi, nə dövlət qulluqçusu, nə də administrasiyanın nümayəndələri sıralarımızda fəaliyyət göstərirlər və onlar bizə təsir etmirlər. Fəaliyyətimizi müstəqil əsasda qurmuşuq”, - o əlavə edib.
Oxşar xəbərlər
“Belgazercom”un rəhbəri: Məqsədimiz Azərbaycanda Belçika şirkətlərinin sıralarını genişləndirməkdir - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













