Vuçiç: Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq
Far.Az xəbər saytı

Vuçiç: Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq


Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısının sözlərinə görə, Serbiya həm daxili müxalifət, həm də xarici qüvvələr tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün kifayət qədər yetkindir.

Vuçiç bildirib ki, xaricdən müxalif QHT-lərə və kütləvi informasiya vasitələrinə yüz milyonlarla, hətta milyardlarla avro axır.

O, Rusiyanın onun hakimiyyətini dəstəkləməsi ilə bağlı ittihamları rədd edib.

“Mən başqasının agenti deyiləm və başqalarından fərqli olaraq, heç kim məni kənardan maliyyələşdirmir”, - Serbiya lideri vurğulayıb.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcək
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Bu il parlament seçkilərini rekord sayda QHT müşahidəçiləri izləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər