"Haber Global"ın əməkdaşı Xocalıda olub, soyqırımından danışıb
Far.Az xəbər saytı

"Haber Global"ın əməkdaşı Xocalıda olub, soyqırımından danışıb


Türkiyənin "Haber Global" televiziya kanalının əməkdaşı Hasan Uylaş Xocalı soyqırımının 33-cü ildönümündə işğaldan azad edilən Xocalı şəhərinə səfər edib.

Far.Az xəbər verir ki, Xocalıdan Türkiyədəki studiya ilə bağlantıya çıxan jurnalist qeyd edib ki, işğaldan əvvəl 11 minə yaxın insanın yaşadığı şəhərin sakinləri soyqırımından qurtulmaq üçün Qarqar çayını keçərək meşəyə tərəf üz tutublar.

Hasan Uylaş bildirib ki, həmin gün meşədə yarım metrə qədər qar olub və dinc sakinlər düşmənə əsir düşməmək üçün çox çətin şəraitdə irəliləmək məcburiyyətində qalıblar.

"Nəticədə aralarında qadın və uşaqların olduğu 613 nəfər Ermənistan işğalının qurbanına çevrilib", - deyə jurnalist qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb
Xocalı soyqırımından 33 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər