İki nəfərin öldüyü təyyarə qəzasında "UCUZ BENZİN" iddiası
Far.Az xəbər saytı

İki nəfərin öldüyü təyyarə qəzasında "UCUZ BENZİN" iddiası


Türkiyənin Antalya şəhərində 2019-cu ildə baş verən və pilot Levent Arslan ilə "Havacılıq İdarəçiliyi" tələbəsi Ataberk Gökmenin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı məhkəmə prosesi davam edir.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, hadisədən sağ qurtulan müəllim Devrim Gün və Gökmenin atası Ahmet Gökmen qəzanın səbəbinin maliyyəti azaltmaq üçün təyyarədə avtomobil benzini istifadə olunması olduğunu iddia ediblər.

İttiham aktına görə, qəzaya pilotaj səhvi və təyyarənin texniki baxımsızlığı səbəb olub. Təyyarənin aid olduğu "Side Sportif Havacılık Derneği"nin rəhbəri Onur Cahit Alkın isə məsuliyyəti üzərindən ataraq uçuşun təhlükəsiz şəraitdə keçirildiyini iddia edib.

Qəzadan sonra yanacaq nümunəsinin yoxlanılmadan yox edildiyi ortaya çıxıb. Zərərçəkən tərəf məsul şəxslərin cəzalandırılmasını tələb etsə də, məhkəmə prosesi hələ davam edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN: Ermənistan XİN-in hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı bəyanatını rədd edirik
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər