Biləsuvarda bir sıra sahələrdə artım qeydə alınıb
Cari il Biləsuvar rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 323,0 min ton yük daşınıb və 2023-cü ilin analoji dövrünə nisbətən 5,5 faiz artım müşahidə olunub. Cari ildə nəqliyyatçılar 4 085,0 min nəfərə və ya 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7,1 faiz çox sərnişinə xidmət göstəriblər.
Həmçinin cari ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri 697,4 min manatlıq xidmət göstərib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə rabitə xidmətlərinin dəyəri müqayisəli qiymətlərlə 37,9 faiz artıb.
Eyni zamanda 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 186 749,6 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 100,3 faiz təşkil edib. 2024-cü iin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 12 275,4 min manatını və ya 6,6 faizini hüquqi şəxslərin, 174 474,2 min manatını və ya 93,4 faizini fərdi sahibkarların pərakəndə ticarət dövriyyəsi təşkil edib.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













