İnsan özünü qıdıqlayan zaman niyə gülmür? - Alimlər açıqlayıb
Əksər insanlar özlərini qıdıqlamağa çalışarkən gülmür. Bunun səbəbi beynin işləməsindədir.
Far.Az xəbər verir ki, Stanford Universitetinin nevroloqu David Eagleman Live Science-a verdiyi məlumata görə, beyin öz hərəkətlərinin hisslərini qabaqlayır və onlara reaksiyasını azaldır.
Alimin sözlərinə görə, insan hərəkət edən zaman əzələlərə əmrlərin ötürülməsinə cavabdeh olan ilkin motor korteksi beynin müxtəlif nahiyələrinə "efferent surət" adlanan siqnalı - siqnalın dublikatını göndərir. Bu, gözlənilən sensor girişə hazırlaşmağa imkan verir.
"Beyin, proqnozlaşdırıla bilən qıdıqdan sonra hansı sensasiyanın olacağını artıq bilir və onu səngidir", - deyə alim qeyd edib.
Siqnallar eyni vaxtda toxunma hisslərini emal edən somatosensor korteksə və vizual qavrayışdan məsul olan vizual korteksə daxil olur. Bu koordinasiya bədənin əvvəlcədən öz toxunuşuna uyğunlaşmasına kömək edir.
Eagleman qeyd edib ki, insanın özünün başlatdığı toxunma xarici təsirlərlə müqayisədə daha az intensiv şəkildə qəbul edilir. Bu təsir psixoloji amillərlə deyil, fiziologiya ilə bağlıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Alimlər beynin qocalması ilə bağlı mifi darmadağın ediblər
"Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb













