Mingəçevir su anbarında batdığı ehtimal olunan şəxsin axtarışı davam edir
Far.Az xəbər saytı

Mingəçevir su anbarında batdığı ehtimal olunan şəxsin axtarışı davam edir


Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Far.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti fevralın 23-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.

Oxşar xəbərlər

Dənizdə batan Kənan Qurbanov skripka ifaçısı imiş - YENİLƏNİB-1/VİDEO
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Özünü deputat Azay Quliyev kimi təqdim etdi: Hacı Xaliq Bəşər həbs olundu
Astarada dənizdə batan 29 yaşlı gəncin meyiti tapılıb - FOTO - VİDEO - YENİLƏNİB-3
Pirşağıda dənizdə 1 nəfər batıb, axtarışlar davam edir... - VİDEO/YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər