Röya Ayxan: "Gəl mənimlə..."
Xalq artisti Röya Ayxan "Gəl mənimlə" adlı yeni mahnı və klipini təqdim edib.
Far.Az xəbər verir ki, sözləri, musiqisi və aranjimanı Kənan Zeynalova məxsus olan "Gəl mənimlə" mahnısını Türkiyənin məşhur rejisoru Müjdat Kupşi ekranlaşdırıb.
Böyük komandanın - Murat Tuncel, Bener Hamamçı, Giray Gergin kimi ünlülərin ərsəyə gətirdiyi klipdə Azərbaycan şou-biznesinin ulduzu Röya Ayxan tam fərqli obrazlarda görüntülənib.
Klipdə ən diqqət çəkən məqam isə sənətçinin ekstravaqant üslubda geyimləri olub.
Xalq artistinin geyimləri Türkiyənin məşhur modelyer və dizayneri Gülşah Saracoğlu tərəfindən hazırlanıb.
Röyanın çılğın obrazı üzərində incəliklə işləyən modelyerin hazırladığı geyimlər klipə xüsusi rəng qatıb. Gülbən Ərgən, Deniz Seki, Seda Sayan, Bülent Ərsoy, Demet Akalın kimi məşhur türk sənətçilərinin geyimləri üzərində imzası olan Gülşah Saracoğlu səhnəmizin pop ulduzu üçün də özəl olaraq kostyumlar hazırlayıb.
Müğənninin sosial şəbəkədə yeni klipindən paylaşdığı kiçik fraqmentlər izləyicilərin böyük marağına səbəb olub. Onlar "Gəl mənimlə" mahnısının ilin hitinə çevriləcəyini, klipin trendləri alt-üst edəcəyini yazıblar. Xalq artistinin geyimlərinin ünvanına da böyük təriflər söylənilib.
Onlar Röyanın şou biznesdə öz üslubu ilə daim seçildiyini, öz obrazına böyük məbləğdə pullar xərclədiyini qeyd ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Demet Özdemirin bölüm başına aldığı qonorar açıqlandı
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













