Su ilə bağlı bu cərimələr artırılacaq? - RƏSMİ
Far.Az xəbər saytı

Su ilə bağlı bu cərimələr artırılacaq? - RƏSMİ


Azərbaycanda sudan və su obyektlərindən qanunsuz istifadə ilə bağlı cərimələrin artırılması gündəmdə deyil.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

"Biz maraqlıyıq ki, mövcud qanunvericiliklə tənzimlənməyən məsələlər həll olunsun. Sanksiya, inzibati və cinayət məsuliyəti insanları pis əməllərdən çəkindirməyə yönəlib. Əsas hədəfimiz insanları maarifləndirməklə bu əməllərdən çəkindirməkdir. Ancaq gələcəkdə bu tədbirlərdən kimsə nəticə çıxarmayacaqsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vasitələrdən istifadə edəcəyik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər