Reketçilikdə ittiham olunan jurnalistlərə hökm oxunub
"Bizim dövr" qəzetinin, həmçinin Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəflinin barələrində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS report-a istnadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin hökmlə onlar 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum ediliblər.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin isə 9 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub.
Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.
Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan əvvəl də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs olunub. Onun da cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













