Dəniz və çay balıqları niyə yoxa çıxıb? - Ekspert səbəbləri açıqladı
Könlü balıq istəyənin quyruğu suda, ya da ayağı bazarda gərək. Lakin balıq mövsümü olsa da, bəzi balıqlar sözün əsl mənasında qeybə çəkilib.
Piştaxtaları əsasən forel, sazan, beluqa kimi balıqlar bəzəyir.
Alıcıların sözlərinə görə, bazarda satılan balıqların hamısı göl balığıdır və dadsızdır.
Satıcılar isə deyir ki, xüsusilə kütüm, vobla və ilan balığı azdır:
"İlan balığı ümumiyyətlə azalıb və dənə ilə satılır. Bir ədədinin qiyməti üç-dörd manat arası dəyişir".
Bəs Xəzərin balıqları niyə yoxa çıxıb?
Ekoloqların sözlərinə görə, son 50 ildə ölkəmizdə balıq istehsalı kifayət qədər azalıb.
Ekoloq Rövşən Abbasov bildirir ki, çaylarımızda suyun azalması, Xəzər dənizinin iqlim dəyişmələrinin təsiri altında dayazlaşması və qonşu ölkələrdən, xüsusilə Rusiyadan gələn çayların hədsiz dərəcədə çirklənməsi, bu çayların kürü tökmək üçün artıq məqbul olmaması kimi amillər Xəzər balıqçılığına çox ciddi ziyan vurub:
"Son 20 ildə Xəzər dənizində nərə balığı istehsalı demək olar ki, kvota ilə aparılır. Balıqçılığın inkişafı üçün xeyli tədbirlər görülür, xüsusilə süni balıq artımı məntəqələrini buna misal göstərmək olar. Bu məntəqələrdə yetişdirilən çömçəquyruqlar həyatlarının ilkin mərhələsində Xəzər dənizinə və oraya tökülən çaylara, xüsusilə Kür çayının aşağı hissəsinə buraxılır".
Balıqların kürüləmə dövründə ovlanması, növlərinin məhv olması ilə nəticələnə bilər. Mütəxəssislərin sözlərinə görə, Xəzərin biomüxtəlifliyinin və ekoloji sisteminin qorunması üçün müxtəlif fəaliyyətlər həyata keçirilməlidir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
The Independent: Azərbaycan çayı COP29-da mədəniyyət rəmzi və iqlim dəyişikliyi çağırışı kimi
Bu ay hansı balıqları yemək olar?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xalq rəssamı: Bakıdakı yeni tikililərin heç birində rəssamların izi yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













