AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib
Far.Az xəbər saytı

AZAL Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə çağırış edib


"Azərbaycan Hava Yolları" ASC (AZAL) Novruz və Ramazan bayramları ərəfəsində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat artığına görə sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.

"Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər