AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil edib.
Dövlət qurumlarının qadın rəhbərlərinin, Milli Məclisin deputatlarının, həmkarlar ittifaqları sistemində çalışan qadın əməkdaşların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin müdafiəsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın dövlətçilik tarixində qadınların rolu, milli-mənəvi dəyərlərimizin qorunmasında, Ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılıb, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışılıb.
Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə xanım Əliyeva kimi qadınların xidmətlərini unutmur, şərəf tarixinin parlaq səhifələrində yaşadaraq nəsillərdən-nəsillərə ötürür.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır. Tədbirdə Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, mədəni və nəcib missiyası vurğulanıb, fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.
İştirakçılara həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib, ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan "Layiqli Əmək Səfirləri" layihəsinin təqdimatı olub.
Sonra tədbir Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun rəngarəng musiqi kompozisiyaları ilə davam edib. Əməkdar artist Təyyar Bayramov, "Muğam" müsabiqəsinin qalibləri - Güllü Muradova, Ayşən Mehdiyeva, Aytən Məhərrəmovanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AHİK nümayəndə heyəti PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
AHİK-də Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
-
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
-
FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA













