"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqun inkişafı müzakirə edilib
Azərbaycanın Türkmənistandakı səfiri və Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin layihə ofisi "Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqun inkişafını müzakirə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.
Azərbaycan səfiri Qismət Gözəlovun Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin Türkmənistandakı layihə ofisinin direktoru Mergen Kepbanovla sentyabrın 22-də Aşqabadda işgüzar görüşü keçirilib.
İştirakçılar Azərbaycan və Mərkəzi Asiya ölkələrinin təşkilatları arasında ekoloji qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
"Tərəflər iqlim dəyişikliyi, Xəzər dənizinin biomüxtəlifliyinin qorunması, su resurslarının idarə edilməsi, torpaqların deqradasiyasına qarşı mübarizə, bərpa olunan energetikanın və ekoloji təhsilin inkişafı, eləcə də gənclərin ekoloji gündəliyə cəlb edilməsi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.
Eyni zamanda, metan emissiyalarının azaldılmasına xüsusi diqqət yetirilib.
M.Kepbanov bildirib ki, oktyabrın 29-30-da Aşqabadda Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin layihə ofisinin dəstəyi ilə bu mövzuya həsr olunmuş beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Görüş iştirakçıları həmçinin Aşqabad və Bakıda birgə konfransların, dəyirmi masaların və ekspert görüşlərinin təşkilində maraqlı olduqlarını bildiriblər.
Bundan əlavə, Azərbaycan və Türkmənistanın dövlət qurumları, diplomatik korpusu, elmi-tədqiqat və ekspert təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Görüşün yekunlarına əsasən, ekologiya, iqlim və dayanıqlı inkişaf sahələrində işgüzar dialoqu davam etdirməyə və tərəfdaşlıq əlaqələrini genişləndirməyə hazır olunduğu təsdiqlənib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb













