Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edilib
Far.Az xəbər saytı

Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı həbs edilib


Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub.

Far.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi tutub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. 

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Turizm Agentliyində QALMAQAL - Aparat rəhbəri İŞDƏN ÇIXARILDI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Töhmət alan Fuad Nağıyev istintaqa çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər