Azərbaycanda baş həkimə məktubla güllə göndərdilər
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevə məktubla patron göndərən şəxsə ağır cəza verilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1987-ci ildə Bakı şəhərində anadan olmuş E.B.-ya Cinayət Məcəlləsinin 182.2.4 və 228.1-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, E.B.-nın baş həkimlə ədavətinin yaranmasına səbəb sonuncunun onun qardaşı D.B.-ya "pensiya düzəltmədiyinə" görə yaranıb. Belə ki, təqsirləndirilən şəxsin qardaşı 2022-ci ildə çoxlu iynə udduğuna görə Bakıda əməliyyat olunub. Əməliyyatdan sonra D.B. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gələrək əlillik almaq üçün Elçin Əliyevdən rəy verməsini tələb edib. Baş həkim bundan imtina etdiyi üçün E.B. ondan qardaşının "qisası"nı almağı özünə söz verib.
O, xəstəxananın mühafizəçisi vasitəsilə Elçin Əliyevə məktub göndərib. Məktubda təqsirləndirilən şəxs baş həkimi ölümlə hədələyərək, ondan 16 000 manat istəyib. Həmçinin SSRİ-də istehsal olunmuş 7,62x39 mm kalibrli, "Kalaşnikov" avtomatları, əl pulemyotları və SKS karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu skoçla yapışdıraraq, zərfə qoyub.
Baş həkim məktubla onu hədələyən və patron göndərən şəxs barəsində polisə müraciət etməli olub. Məhkəmənin qərarı ilə E.B 6 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













