Bakıda sürücünün ölümcül döyülməsinin səbəbi məlum oldu
Far.Az xəbər saytı

Bakıda sürücünün ölümcül döyülməsinin səbəbi məlum oldu


Bakıda dörd nəfərin küçədə bir nəfərin avtomobilinə hücum edərək sürücünü ölümcül döyməsinin səbəbi məlum olub.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, hadisə qadın üstündə baş verib.

Belə ki, avtomobilin sürücüsü insidentdə iştirak edənlərdən birinin həyat yoldaşına söz atıb. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.

Bundan sonra qadının həyat yoldaşı digər şəxslərlə birlikdə həmin şəxsi cəzalandırmaq üçün onu izləyiblər. Onu küçədə avtomobilində tutublar və ölümcül döyüblər.

Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet" markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən A.Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər