Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
Far.Az xəbər saytı

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 

Far.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb. 

ÜDM istehsalının 38,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 22 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib. 

2 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 865 manat olub. 

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan iqtisadiyyatı 4 %-dən çox böyüyüb
Vüsal Qasımlı: "İqtisadi artım tempimiz dünyada orta göstəricini üstələyir"
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər