İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB
Far.Az xəbər saytı

İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB


"Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında ölkədə stomatoloji xidmət göstərən 17 özəl tibb müəssisəsində yoxlama keçirilib".

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Bildirilib ki, bu yoxlamalar nəticəsində altı müəssisədə nöqsanlar aşkar edilib:

"İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi üzrə bir, 215.1 maddəsi üzrə dörd, 215.4 maddəsi üzrə bir protokol tərtib edilərək, növbəti icraata göndərilib".

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012-596-05-20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər