Türkiyə vətəndaşı Azərbaycanda qəzaya düşdü
Far.Az xəbər saytı

Türkiyə vətəndaşı Azərbaycanda qəzaya düşdü


Bakı-Qazax yolunda avtoqəza olub.

Far.Az Oxu.Az-a itinadən xəbər verir ki, TIR aşıb və daşıdığı yük magistral yola dağılıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.

Hadisə ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev qəzanın martın 11-i saat 23:30-da Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 120-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alındığını deyib.

"Türkiyə Respublikasının vətəndaşı Gösəddin Ocakın sürücüsü olduğu "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq yolayrıcı beton konstruksiyalı maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda avtomobil yollarında 4 yerdə 6 elektron tərəzi quraşdırılıb
Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA
Bu il Azərbaycanda inşa olunan yerüstü piyada keçidlərinin ünvanları açıqlanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər