Ərdoğanın baş müşaviri: Türkiyə daim sabitliyə töhfə verməyə çalışır
Far.Az xəbər saytı

Ərdoğanın baş müşaviri: Türkiyə daim sabitliyə töhfə verməyə çalışır


30 ildən artıq Ermənistan-Azərbaycan münaqişəsi davam edib və həmin dövrdə çox ədalətsizliklər olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc XII Qlobal Bakı Forumunda danışıb.

O qeyd edib ki, Türkiyə münaqişələrdə əziyyət çəkən tərəflərə kömək etməyə çalışıb, ancaq bəzən çox da irəli getmək olmur:

"Türkiyənin coğrafi mövqeyinə gəldikdə, biz bütün münaqişələrin sanki mərkəzinə düşürük. Biz çoxçağırışlı dünyada təşəbbüs və təkliflərə hörmətlə yanaşmalıyıq. İrəliyə sürülən dəyərlər artıq kənarda qalır. Biz digər tərəfləri narahat edən məsələlərə hörmətlə yanaşmırıq. Bu gün qonşuluğumuzda münaqişə və müharibələr baş verir. Ancaq indi sabitliyə töhfə vermək vacibdir. Dəyişikliklərə necə uyğunlaşmağın yolunu tapmalıyıq".

O vurğulayıb ki, Türkiyə 60 ildən çoxdur, Aİ-yə üzvlüyə namizəddir:

"Türkiyənin Aİ-yə qoşulması strateji məqsəddir. Biz onu dəyərləndiririk, bəs onlar bizi dəyərləndirirmi?".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər