Azərbaycanda bunu edənlər 6 min manat CƏRİMƏLƏNƏCƏK
"İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub".
Bunu BAKUWS- ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.
Agentlik rəsmisi əlavə edib ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə inzibati qaydada cərimə edilir:
"İXM-yə görə bu maddədə az miqdarda aldadılma dedikdə 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 5000 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır.
Agentliyə malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı 2024-cü il ərzində 319, 2025-ci ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciətinə baxılıb.
Araşdırmalar zamanı 2024-cü ildə istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24 , 2025-ci ilin yanvar-fevral aylarında isə 4 sahibkarlıq subyekti barəsində 4inzibati xəta haqqında protokol tərtib edilib. Baxılmış müraciətlər üzə 189 (2025-ci ildə 12 ) halda istehlakçıların tələbləri təmin edilib".
Oxşar xəbərlər
Mağaza və restoranlarda insanlar belə aldadıla bilər - RƏSMİ
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır
Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək cərimələnəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













