Bakıda saxta dollar satmaq istəyən dəstə İFŞA OLUNDU
Far.Az xəbər saytı

Bakıda saxta dollar satmaq istəyən dəstə İFŞA OLUNDU


Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.

Far.Az xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.

Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.

Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Meqan Markl rəsmi olaraq soyadını dəyişdi
Dövriyyəsi 10 milyon manatı keçən, onlayn qumar təşkil edən dəstə ifşa olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər