Xırdalanda restoranda yanğın olub
Far.Az xəbər saytı

Xırdalanda restoranda yanğın olub


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.

Restoran yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürüldü
Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər