Türkiyəli nazir: "Azərbaycandan qaz alışı üzrə uzunmüddətli öhdəliklər götürməyə hazırıq"
Türkiyə Azərbaycandan əlavə qaz həcmlərinin tədarükünə uzunmüddətli zəmanət verməyə hazırdır.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin neft, qaz və elektrik enerjisinə tələbatı sürətlə artır: "Əgər növbəti 15 il ərzində Azərbaycandan əlavə təbii qaz həcmləri mövcud olarsa, bizim daxili bazarımız açıqdır. Türkiyə sənayesi, iqtisadiyyatı, əhalisi artır və biz uzunmüddətli alış müqaviləsi bağlamağa hazırıq".
Bununla yanaşı, o qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün təkcə Türkiyə və Azərbaycanın deyil, Avropanın da fəal mövqe sərgiləməsi vacibdir.
Nazir Türkiyənin enerji mərkəzi olmağa doğru inamla irəlilədiyini vurğulayıb: "Türkiyə Avropaya ixrac edilən qazı iki dəfə artırmağa hazırdır. Türkiyə və Azərbaycan arasındakı enerji əməkdaşlığı dünyaya nümunədir. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gündəlik 700 min barel neft dünya bazarına çıxarılır. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin illik ümumi ötürmə gücü 32 milyard kubmetr təşkil edir".
A.Bayraktar əlavə edib ki, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmasına imkan verəcək infrastruktur artıq hazırdır.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













