Bu idman növü beyni məhv edə bilər – Alimlərdən yeni kəşf
Far.Az xəbər saytı

Bu idman növü beyni məhv edə bilər – Alimlərdən yeni kəşf


Marafon qaçışı – formada qalmaq üçün geniş yayılmış üsullardan biridir, lakin "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırma bu fəaliyyətin beyin üçün potensial təhlükəli nəticələrə səbəb ola biləcəyini göstərib.

Alimlər müəyyən ediblər ki, uzunmüddətli fiziki yüklənmə zamanı beyin öz resurslarını, o cümlədən neyronların normal işləməsini təmin edən yağabənzər maddə – mielini sərf edə bilər.

Marafon zamanı qlükoza ehtiyatları tükəndikdə beyin alternativ enerji mənbələrinə müraciət edir. İspaniyalı alimlərin araşdırmasına görə, bu mərhələdə orqanizm mielini enerji kimi istifadə edə bilər ki, bu da müvəqqəti olaraq beynin funksiyalarını zəiflədə bilər. Ən çox hərəkət və emosiyalara cavabdeh olan beyin sahələri təsirlənir.

Tədqiqatda 10 marafonçu iştirak edib. Onların beyni marafondan əvvəl, dərhal sonra, iki həftə və iki ay sonra MRT ilə skan olunub. Marafondan 48 saat sonra mielin səviyyəsində azalma müşahidə edilib, lakin iki ay sonra bu göstəricilər normaya qayıdıb.

Alimlər xəbərdarlıq edirlər ki, bəzi xəstəliklərdən, məsələn, ALS (amiotrofik lateral skleroz) əziyyət çəkən insanlar üçün bu cür fiziki yüklənmələr təhlükəli ola bilər. Onlarda mielinin zədələnməsi xəstəliyin gedişatını daha da ağırlaşdıra bilər.

Ümumilikdə isə araşdırma göstərir ki, sağlam insanlar müvafiq şəkildə məşq və bərpa prosesinə riayət etdikdə marafonlarda iştirak beynə zərər vermir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər