Azərbaycanda məşhur yağ da SAXTA ÇIXDI - Marketlərdən yığışdırılır
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb.
AQTA-dan Far.Az-ə verilən xəbərə görə, həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
| № | Məhsulun adı | Məhsulun istehsalçısı | Məhsulun partiyası/istehsal və son istifadə tarixləri | Aşkar edilmiş uyğunsuzluq |
| 1 | "Krestyanskoye" əmtəə nişanlı spred yağı | Fiziki şəxs Qəniyev Fərhad Allahşükür oğlu | 04.03.2025 - 13.03.2025 | Koliform bakteriyalar, kif və maya göbələkləri |
| 2 | Bitki tərkibli spred yağı (nehrə yağı adı altında satışına cəhd olunan) | Fiziki şəxs Bağırov Rüfət Ramiz oğlu | 07.03.2025 - 21.03.2025 | Koliform bakteriyalar, kif və maya göbələkləri |
Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur.
Qalereya
Oxşar xəbərlər
Kərə yağı adı ilə satılan daha üç məhsulun tərkibində uyğunsuzluqlar aşkarlandı
Kərə yağı adı ilə satılan bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı
Bəzi kərə yağlarında bitki sterini aşkarlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













