Həbsxanada məhkum yoldaşına ülgüclə xəsarət yetirdi yetirən şəxsin cəzası ÜÇQAT AĞIRLAŞDIRILDI
Həbsxanada məhkum yoldaşına ülgüclə xəsarət yetirən Azər Şaliyevin cəzası üçqat ağırlaşdırılıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
38 yaşlı Azər 2014-cü ildən həbsdədir. Həmin vaxt o, quldurluq və narkotik cinayətlərinə görə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə 3 il qalmış daha bir cinayət törədib. Bu dəfə o, 10 illik məhkum Şəhriyar Baxışəliyevin boyun nahiyəsinə iki dəfə ülgüclə xəsarət yetirib.
Ona qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Amma məhkəmə Azəri bu maddə ilə deyil, qəsdən sağlamlığa az zərər vurma maddəsi ilə təqsirli bilib. Əvvəlki cəzası birləşdirilməklə, ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş məhkəmənin bu qərarı ilə razılaşıb. Lakin prokuror hökmdən narazı qalaraq apellyasiya protesti verib. Protestdə qeyd olunub ki, Şaliyev zərərçəkmişə iki dəfə xəsarət yetirsə də, hadisənin motivini izah edə bilməyib. Bu səbəbdən hadisə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməlidir.
Hakim Mehriban Qarayevanın sədrlik etdiyi məhkəmə tərkibi protesti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.
Yeni qərara əsasən, Azər Şaliyev qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinərək 15 il, qalıq cəzası da birləşdirilməklə, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, o, əvvəlki ciddi rejimli müəssisədən xüsusi rejimli cəzaçəkmə yerinə köçürüləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













