Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Sabirabad rayon prokurorluğundan Far.Az-ya verilən məlumata görə, avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
16.24
Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Far.Az-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Sabirabadda qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
-
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"













