Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar
Far.Az xəbər saytı

Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar


Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənr saxlanılıblar.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə "falçılıq", "baxıcılıq" və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Belə ki, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün "TikTok" sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və  24 yaşlı Ə.Abbasova saxlanılıblar.

Araşdırma aparılır.

"Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar"- məlumatda qeyd edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər