Yasamal aşırımında TƏHLÜKƏ: Sürücülər şikayət edir
Far.Az xəbər saytı

Yasamal aşırımında TƏHLÜKƏ: Sürücülər şikayət edir


Şəmkir rayonunda yerləşən Yasamal aşırımındakı durumla bağlı vətəndaşlar şikayət edirlər. 

Far.Az-in "qaynar xətti"nə daxil olan şikayətə əsasən, aşırım ərazisində xüsusilə dumanlı və çənli havalarda hərəkət etmək son dərəcə təhlükəli olur.

Vətəndaşların sözlərinə görə, problemin əsas səbəbi yolda heç bir xətləmə işinin aparılmamasıdır. Bu isə görünüş məsafəsinin azaldığı şəraitdə sürücülərin hərəkət zolağını ayırd etməsini çətinləşdirir və qəza riskini artırır.

Sürücülər aidiyyəti qurumlardan yol nişanlarının və xətlənmə işlərinin aparılmasını istəyirlər.  

Oxşar xəbərlər

Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər