Mark Avrelinin bürünc heykəli 65 ildən sonra Türkiyəyə qaytarılır
Far.Az xəbər saytı

Mark Avrelinin bürünc heykəli 65 ildən sonra Türkiyəyə qaytarılır


1960-cı illərdə Türkiyədən qanunsuz qazıntılarla xaricə çıxarılan Roma İmperatoru Mark Avrelinin bürünc heykəli ABŞ-dən Türkiyəyə qaytarılıb.

BAKU.WS xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı sosial media hesabında bildirib ki, Mark Aurelinin heykəli nəhayət öz doğma torpaqlarına dönür.

Onun sözlərinə görə, heykəl 1960-cı illərdə Burdurdakı Boubon Antik Şəhərindən qanunsuz yollarla aparılıb və imperatorun filosof kimliyini əks etdirən nadir sənət əsərlərindən biridir. Heykəl 65 il davam edən elmi, hüquqi və diplomatik səylər nəticəsində ABŞ-nin Klivlend İncəsənət Muzeyində keçirilən rəsmi mərasimlə Türkiyəyə təhvil verilib.

Əsər iyul ayında Türkiyəyə gətirilməzdən əvvəl, üç ay müddətində Klivlend Muzeyində xüsusi sərgidə nümayiş olunacaq. Daha sonra isə ölkədə öz mədəni kontekstində yenidən sərgilənəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər