Alimlər dahi insanların o vərdişini açıqladı – 4 qəribə davranış
İnsan beyninin mürəkkəb quruluşu tam olaraq öyrənilməsə də, aparılan psixoloji araşdırmalar müəyyən davranış nümunələrinin zəkayla bağlı olduğunu üzə çıxarır. Mütəxəssislər tərəfindən aparılan yeni araşdırmalarda ağıllı və yaradıcı insanların tez-tez təkrarladığı, amma kənardan qəribə görünən dörd əsas vərdiş müəyyən olunub.
Far.Az xəbər verir ki, Yale Universitetinin professoru Kreyq Rayt uzun illər dahi şəxslərlə apardığı araşdırmalar nəticəsində bu insanların ortaq xüsusiyyətlərini araşdırıb. Onun sözlərinə görə, yüksək intellektə malik şəxslər aşağıdakı davranışları tez-tez təkrarlayır:
1. Dırnaq yemək
Dırnaq yemək çox zaman stress, psixoloji problemlərlə əlaqələndirilsə də, bu vərdiş bəzən yaradıcılıq və zehni gərginliyi azaltmaq məqsədilə də baş verir. Psychology Today jurnalının yazdığına görə, bu davranış zehni rahatlaşdırır və diqqətin cəmlənməsinə kömək edir. UNIR Universitetindən professor Slyvia Sastre-Riba bunun mükəmməllikçiliklə bağlı olduğunu, mükəmməllikçiliyin isə ağıllı insanların potensialını ortaya çıxarmaqda rol oynadığını deyib.
2. Tək və sakit mühitdə işləmək
Karolinska İnstitutunun araşdırmalarına əsasən, ağıllı insanlar ətraf mühitdən gələn stimullara qarşı daha həssas olurlar. Parlaq işıqlar və səs-küylü yerlər onlarda narahatlıq və yorğunluq yarada bilər. Bu səbəbdən onlar sakit və təcrid olunmuş mühitdə işləməyə üstünlük verirlər.
3. Obsessiv maraqlar və güclü ehtiras
Professor Rayt hesab edir ki, yüksək zəka ani olaraq ortaya çıxan "ilham anı" deyil, uzun müddətli zehni hazırlığın nəticəsidir. Dahi insanların illərlə üzərində düşündüyü və dərin maraq göstərdiyi mövzulara qarşı zamanla obsesif maraq göstərməsi, onların uğura aparan daxili motivasiyasını formalaşdırır. Bir çox sahəyə maraq göstərmək isə yaradıcılığın əlamətidir.
4. Öz-özünə danışmaq
Toplumda qəribə qəbul edilən bu davranış əslində zehni fəaliyyət üçün faydalı hesab olunur. Viskonsin və Pensilvaniya universitetlərinin birgə araşdırması göstərib ki, insanın obyektlərin adını səsləndirməsi yaddaşı gücləndirir. Öz-özünə danışmaq isə fikirləri təşkil etməyə, problemləri həll etməyə, əzbərləməyə və hədəflərə fokuslanmağa kömək edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













