"SOCAR Energy School" proqramı başa çatıb
Far.Az xəbər saytı

"SOCAR Energy School" proqramı başa çatıb


Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan "SOCAR Türkiyə"nin Sabancı Universitetinin İdarəçi İnkişafı Bölməsi (EDU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "SOCAR Energy School" proqramı başa çatıb.

BAKU.WS xəbər verur ki, bu barədə "SOCAR Türkiye"nin "X" sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, enerji sektorunun müxtəlif sahələrinə fokuslanan 9 həftəlik intensiv təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar, Nazirliyin Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Öztürk Selvitop, Sabancı Universitetinin rektoru professor Yusuf Leblebici və "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər enerji sektorunda bilik əsaslı transformasiyanın əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu cür təşəbbüslər sahədə peşəkar kadr potensialının gücləndirilməsinə töhfə verir və enerji sektorunun davamlı inkişafında mühüm rol oynayır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər