Kanadada yeni zirehli dinozavr növü tapılıb
Far.Az xəbər saytı

Kanadada yeni zirehli dinozavr növü tapılıb


Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tumbler Ric bölgəsində yeni zirehli dinozavr növü – Ruopodosaurus clavanın izləri tapılıb.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, təxminən 100 milyon il əvvələ aid edilən bu üçbarmaq fosil izləri bitki ilə qidalanan, quyruğunun ucunda sümükdən ibarət topuz olan ankilosavr ailəsinə məxsusdur. İzlər Tumbler Ric UNESCO Qlobal Geoparkı ərazisində aşkarlanıb.

Alimlər izlərin beşbarmaq ön ayaqlara və üçbarmaq arxa ayaqlara malik canlıya aid olduğunu müəyyənləşdirib. Təxminən 5-6 metr uzunluğunda olan bu dinozavrın bədəni tikanlı və zirehli olub.

Tədqiqatçılar bildirir ki, bu kəşf Şimali Amerikada Kretase dövrünün ortalarına aid ankilosavr fosil boşluğunu doldurur. Mütəxəssislərin fikrincə, bu, həmin dövrdə bölgədə iki fərqli zirehli dinozavr növünün yaşadığını göstərir.

Araşdırmanın nəticələri "Journal of Vertebrate Paleontology" elmi jurnalında dərc olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər