Tanışından hədə-qorxu ilə 169 min manat alan şəxs saxlanılıb
Far.Az xəbər saytı

Tanışından hədə-qorxu ilə 169 min manat alan şəxs saxlanılıb


Vətəndaşa hədə-qorxu edib pul tələb edən şəxs saxlanılıb.

Far.Az DİN-ə istinadən xəbər verir ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək bildirib ki, tanışlarından biri onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 100 manatını ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər