Sərnişin təyyarəsinin mühərrikinə dovşan girib, təyyarə təcili eniş edib
ABŞ-də Denver-Edmonton reysi ilə hərəkət edən United Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsinin mühərrikinə dovşan girib.
Far.Az dha-ya istinadən xəbər verir ki, təyyarə havaya qalxandan qısa müddət sonra təyyarənin sağ qanadındakı mühərrikdən alov çıxıb. Hadisə sərnişinlər arasında təşviş yaradıb, bəziləri çığırmağa başlayıb.
Pilot təcili vəziyyət elan edərək mühərriki söndürüb və təyyarə 75 dəqiqə sonra Denver hava limanına təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və heyət üzvü təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb.
Pilotun dispetçerlə əlaqə zamanı iki nömrəli mühərrikə dovşan girdiyini bildirib. Dovşanın təyyarə uçuşa başladığı anda mühərrikə düşdüyü ehtimal olunur.
Sərnişinlərdən Skott Volf bildirib: "Güclü partlayış səsi və silkələnmə hiss etdik, amma təyyarə qalxmağa davam etdi. Mühərrikdən alovların çıxması sərnişinləri qorxuya saldı".
Oxşar xəbərlər
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 Tam Uçuş Simulyatorunu təhvil verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













