555 milyon il yaşı olan qədim dəniz canlısı aşkarlandı
Far.Az xəbər saytı

555 milyon il yaşı olan qədim dəniz canlısı aşkarlandı


Alimlər Yer üzündəki ən qədim dəniz canlılarından birini kəşf ediblər. Bu canlının yaşı təxminən 555 milyon il olaraq qiymətləndirilir.

Far.Az xəbər verir ki, Florida Universitetinin tədqiqatçıları tərəfindən aşkar olunan bu orqanizmə Quaestio simpsonorum adı verilib. Mütəxəssislərin sözlərinə görə, bu canlı evolyusiyanın ilk mühüm əlamətlərini daşıyır - o, bədəninin sol və sağ hissələri arasında asimmetriyaya malikdir.

Quaestio simpsonorum həmçinin planetdə müstəqil hərəkət edə bilən ilk canlı hesab olunur. Onun ölçüsü o qədər kiçikdir ki, ovuca yerləşir. Forması sual işarəsini xatırladır və bu forma onun bədəninin iki hissəyə bölünməsini əks etdirir.

Alimlərin fikrincə, bu canlı dəniz dibində hərəkət edərək mikroskopik yosunlar, bakteriyalar və digər orqanizmlərlə qidalanıb, sanki "bioloji tozsoran" funksiyası yerinə yetirib.

Bu kəşf həyatın təkamülü və ilkin canlıların fəaliyyəti barədə elmi anlayışlara mühüm töhfə verir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər