Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı - ALTERNATİV YOL ÇƏKİLİR
Far.Az xəbər saytı

Qaradağda körpünü sel apardı, giriş-çıxış dayandı - ALTERNATİV YOL ÇƏKİLİR


Qaradağ rayonu Çaylıdağ qəsəbəsində güclü yağışların yaratdığı sel fəsadlara səbəb olub.

Far.Az-in məlumatına görə, qəsəbəyə giriş üçün yeganə yol olan körpünü sel suları yuyub aparıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti tam dayanıb.

Hazırda sakinlər qəsəbəyə daxil ola və ya oradan çıxa bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Bildirildi ki, körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir. Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər"

Alternativ yolun bərpasının bu gün başa çatacağı bildirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər