FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb
Far.Az xəbər saytı

FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb, habelə sel sularındakı avtomobillərin sudan çıxarılması təmin edilib.

Hazırda Bakı şəhəri, həmçinin Xızı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Yevlax və Salyan rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Oxşar xəbərlər

"Bağırov" körpüsü ərazisində tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb
FHN: Su basmış yerlərdə 10--u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub
FHN: Su basmış ərazilərdən 8 vətəndaş təxliyə edilib, suyun çəkilərək kənarlaşdırılması təmin edilib
FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər