5 ay əvvəl ailə qurduğu qadının başını kəsibmiş - Dünən baş verən qətl və intiharla bağlı DETALLAR
Far.Az xəbər saytı

5 ay əvvəl ailə qurduğu qadının başını kəsibmiş - Dünən baş verən qətl və intiharla bağlı DETALLAR


Yasamal rayonu, General Məmmədşərif Həmidov küçəsindəki binanın dördüncü mərtəbəsində yaşayan Bürhan Məmmədov həyat yoldaşı Xumar Məmmədovanı amansızlıqla qətlə yetirib.

Məlumata görə, həmin gün X.Məmmədovanın iş yerindən ailəsinə zəng gəlib. Qardaşı evə gələrək cəsədi aşkar edib.

Binanın komendantı bildirib ki, onlar 5-6 ay idi evli idilər:

""Hadisə evdə olub, ailədaxili münaqişədir. Eşitdik ki, arvadını öldürüb. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanımın iş yerindən ata-anasına zəng ediblər, qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir. Oğlan nə siqaret çəkərdi, nə də içki içərdi, sakit insan idi. Cinayət hələ də sirr olaraq qalır".

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov arvadı, 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanı öldürdükdən sonra axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsinə çıxaraq intihar edib.

Ətraflı BakuTV-nin süjetində:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Bağanıs Ayrımda ermənilərin öldürdükləri körpə ilə bağlı materiallar məhkəmədə nümayiş etdirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər