Paris prokurorluğu Durovun iyulun 8-də başlayan istintaq çərçivəsində saxlanıldığını bildirib
Far.Az xəbər saytı

Paris prokurorluğu Durovun iyulun 8-də başlayan istintaq çərçivəsində saxlanıldığını bildirib


"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov 2024-cü il iyulun 8-də başlayan istintaq çərçivəsində Fransada saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Paris prokurorluğunun məlumatında deyilir.

“Bu tədbir 2024-cü il iyulun 8-də Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə şöbəsinin təşəbbüsü ilə aparılan istintaqa qədərki yoxlamanın nəticələrinə əsasən başlanmış ibtidai istintaqın tərkib hissəsidir”, - mətndə qeyd olunur.

Qurumdan verilən məlumata görə, müstəntiqlərin tələbi ilə istintaqa Rəqəmsal Cinayət Mərkəzi və Milli Fırıldaqçılıq İdarəsi də cəlb olunub.

Qeyd edək ki, Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.

Oxşar xəbərlər

Fransada saxlanılan Pavel Durov 12 cinayət əməlində ittiham olunur - YENİLƏNİB
Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib
Fransa siyasətçisi Pavel Durovun saxlanmasına görə ölkəni zülmkarlıqda ittiham edib
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb
"Telegram"ın təsisçisi Fransada saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər