Şərurlu İsfəndiyardan NÖVBƏTİ ŞİKAYƏT: "85 min dollarımı qaytarmır, deyir, ucuz satmışıq"
"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı redaksiyamıza növbəti şikayət daxil olub.
Far.Az xəbər verir ki, Oxu.Az-a danışan şikayətçi Elnur Bünyadov bildirib ki, İsfəndiyar Axundov ona dəymiş ziyanı ödəmir.
Şikayətçi fikirlərini belə ifadə edib:
"2008-ci ildə Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Azərtikinti ATF" MMC-dən ipoteka ilə iki mənzil almışıq. Mənzillərdən biri ikiotaqlı, digəri üçotaqlı idi. 2008-ci il yanvarın 27-də üçotaqlı mənzili, oktyabrın 26-da isə ikiotaqlı mənzili almışıq. Üçotaqlı mənzilin qiyməti 91 min dollar idi, ona 63 min 500 dollar ödəmişəm. İkiotaqlı mənzilin qiyməti 70 min dollar idi, 22 min dollarını ödəmişəm. Mənzillərdən birini qardaşımın adına yazdırmışıq.
Mənzilləri "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyevdən aldıq, amma şirkətin sahibi İsfəndiyar Axundovdur. Biz mənzili alanda binanın iki-üç mərtəbəsi tikilmişdi. Təxminən il yarım sonra anladıq ki, aldadılmışıq. Binada bir müddət tikinti dayandı, ona görə biz ödənişi dayandırdıq. Azər Quliyevi həbs etdilər. Ona 11 il həbs cəzası verdilər.
Sonradan "Azərtikinti ATF" MMC ləğv olundu, yerində "Orxan" MMC yaradıldı. "Orxan" MMC-dən də bizə bildirdilər ki, sizi tanımırıq. Ümumilikdə bizə 85 min 500 dollar zərər dəyib. Şikayətlərimizə baxan yoxdur. Müvafiq qurumlar bizi dinləyirlər, amma heç bir addım atmırlar".
Şikayətçi qeyd edib ki, 3 dəfə İsfəndiyar Axundovun qəbulunda olub:
"Pulu geri qaytarmamaq üçün dedi ki, Azər sizə mənzili ucuz qiymətə satıb. Çox baha qiymətə bizə mənzil təklif etdi. Nə bizə dəymiş ziyan ödənildi, nə də mənzillə təmin olunduq".
Qalereya
Oxşar xəbərlər
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend?













