Əzəli rəqiblərin ticarət MÜHARİBƏSİ: Coca-Cola Pepsi-ni geridə qoyur
Far.Az xəbər saytı

Əzəli rəqiblərin ticarət MÜHARİBƏSİ: Coca-Cola Pepsi-ni geridə qoyur


ABŞ prezidenti Donald Trampın elan etdiyi ticarət müharibəsi Coca-Cola-nın "Pepsi" üzərində qələbəsinə gətirib çıxarır.

BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Nəşrin yazdığına əsasən, içkilərin gizli konsentratları müxtəlif ölkələrdə istehsal olunur. "The Coca-Cola Company" şirkətinin bütün əsas istehsal müəssisələri ABŞ-də yerləşdiyi halda, "PepsiCo, Inc" şirkətinin konsentratlarının əhəmiyyətli bir hissəsi İrlandiyada istehsal olunur.

ABŞ İrlandiya məhsullarının idxalına 20 faizlik tariflər tətbiq etdiyindən, "Pepsi" məhsulları da əlavə rüsumlarla üzləşəcək. Bu isə son məhsulun bahalaşmasına səbəb olacaq və yaranmış vəziyyətdən əsas qazanc əldə edən Pepsi-nin birbaşa rəqibi "Coca-Cola" olacaq.

Tramp aprelin əvvəlində 185 ölkədən idxal olunan məhsullar üçün tarifləri kəskin şəkildə artırıb. Bir sıra dövlətlər, o cümlədən ABŞ-nin ən yaxın tərəfdaşları üçün tariflər məhsulun gömrük dəyərinin 20-30 faizi həcmində müəyyən olunub. Lakin tezliklə ABŞ prezidenti bu tariflər üzrə 75 ölkə, o cümlədən Avropa İttifaqı (Aİ) dövlətləri üçün 90 günlük fasilə elan edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
“Coca-Cola” şirkəti təhlükəli hissəciklərə görə on milyonlarla butulkanı geri çağırır
"Pepsi" 120 ölkədə vizual görkəmini dəyişərək 14 ildən sonra yeni görünüşünü təqdim edir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər