Moskvada leysan və SULU QAR gözlənilir
Far.Az xəbər saytı

Moskvada leysan və SULU QAR gözlənilir


Moskva bu həftənin sonunda anomal hava şəraiti ilə üzləşəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets RIA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aprelin 26-sı – şənbə günü Moskva regionunda havanın kəskin soyuması və güclü leysan yağışları müşahidə olunacaq. Gözlənilən yağıntının miqdarı aylıq normanın 86 faizinə qədər ola bilər.

Sinoptik həmçinin yaş qar ehtimalını da istisna etməyib.

"27 aprel, bazar günü isə hava şəraiti bir qədər səngiyəcək, lakin soyuq davam edəcək. Gecə saatlarında Moskvada temperatur 0-dan +5 dərəcəyədək olacaq, ətraf bölgələrdə isə bəzi yerlərdə -1 dərəcəyədək şaxta müşahidə oluna bilər. Günorta isə +3 – +8 dərəcə isti olacaq", – deyə Tişkovets qeyd edib.

O bildirib ki, belə hava şəraiti Rus düzənliyinin sakinlərini "yayın ortasından mart ayının sonuna" qaytaracaq. Sinoptik onu da əlavə edib ki, may ayı da sərin hava ilə başlayacaq.

Oxşar xəbərlər

Kəskin hava şəraiti davam edir, Qudyalçaydan sel keçir - FAKTİKİ HAVA
Rayonlara qar və yağış yağır, əksər çaylarda sululuq artıb – FAKTİKİ HAVA
Xınalıqda 1 metrə yaxın qar yağıb - FAKTİKİ HAVA
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Hava şəraiti yağıntılı keçir - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər